İQTİSADİYYAT


Azərbaycanda “Maliyyə texnologiyalarının tətbiqi üzrə yol xəritəsi” hazırlanacaq

Bakı, 18 yanvar, AZƏRTAC

Ölkədə maliyyə texnologiyalarının tətbiqi, rəqəmsal bankçılıq ekosisteminin formalaşdırılması və bununla da maliyyə-bank xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlər çərçivəsində “Maliyyə texnologiyalarının tətbiqi üzrə yol xəritəsi”nin hazırlanması nəzərdə tutulub.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, “Yol xəritəsi”nin Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “TheCityUK” təşkilatının texniki yardımı ilə hazırlanması planlaşdırılıb. Bu məqsədlə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpın iştirakı ilə Mərkəzi Bank, Azərbaycan Banklar və FinTex Assosiasiyaları, həmçinin “TheCityUK” təşkilatının ekspertləri arasında layihənin ilk görüşü keçirilib və fəaliyyət istiqamətləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.