İQTİSADİYYAT


Azərbaycanda “Monitorinq və qiymətləndirmə” nəşri iki dildə dərc edilib

Bakı, 5 oktyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən “Monitorinq və qiymətləndirmə: 2016-2021” nəşri iki dildə - Azərbaycan və ingilis dillərində dərc edilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Monitorinq və qiymətləndirmə: 2016-2021” nəşrində Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla aparılan idarəetmə islahatlarının tərkib hissəsi kimi yaradılmış monitorinq və qiymətləndirmə institutu sahəsində Azərbaycan təcrübəsi, qanunvericilik əsasları, metodologiya və rəqəmsal transformasiya kimi məsələlər əhatə olunur. Dünya Bankının “Avropa və Mərkəzi Asiyada səmərəli, hesabatlı və inklüziv institutların qurulması” mövzusunda hesabatında qeyd edilib ki, Azərbaycan monitorinq və qiymətləndirmə sahəsində innovativ həlləri tətbiq etməklə “nəticə əsaslı yaxşı idarəetmə” nümunəsi yaradıb. Dünya Bankının regionda uğur hekayəsi kimi təqdim etdiyi İİTKM-də yaradılan monitorinq və qiymətləndirmə institutu BP şirkətinin dəstəyi ilə “www.monitoring.az” portalı əsasında rəqəmsallaşdırılıb. BMT İnkişaf Proqramı, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropa İttifaqı və bir sıra beynəlxalq inkişaf partnyorlarının yaxından iştirakı ilə İİTKM-in Səmərəliliyin qiymətləndirilməsi departamenti monitorinq və qiymətləndirmə fəaliyyətinin aparılması üzrə institusional struktur kimi formalaşıb.

Xatırladaq ki, İİTKM-in Nizamnaməsinin 2.2.1-2-ci və 2.2.1-3-cü bəndlərinə əsasən, dövlət qurumlarının sifarişi əsasında sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətin, habelə iqtisadiyönümlü dövlət proqramlarının monitorinq və qiymətləndirilməsinin aparılması, icra müddəti bitmiş dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsinin qiymətləndirilməsi əsas fəaliyyət istiqaməti olaraq hədəflənib.

“Monitorinq və qiymətləndirmə: 2016-2021” nəşri ilə Azərbaycan dilində https://bit.ly/3mqXHq9 bu linkdə, ingilis dilində https://bit.ly/3Bb1wFM bu linkdə tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.