SİYASƏT


Azərbaycanda Müstəqilliyin Bərpası Günü Parisdə də qeyd edilib VİDEO

Paris, 19 oktyabr, AZƏRTAC

Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə Fransanın paytaxtı Parisdə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev və diplomatlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyublar.

Sonra çıxış edən Rəhman Mustafayev və Elman Abdullayev ölkəmizin müstəqilliyi tarixindən söz açıblar. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərb tarixinin yeni və şanlı salnaməsini yazmış rəşadətli Ordumuzun sayəsində 30 ildən sonra bu bayramı tam fərqli şəkildə - ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edirik.

Natiqlər müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin üzləşdiyi mürəkkəb proseslərdən danışıblar. Milli Ordumuzun müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısı olduğu bildirilib. Qeyd edilib ki, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində ölkəmiz qısa müddət ərzində böyük uğurlar qazanıb. 44 günlük müharibə dünya dövlətlərində Azərbaycanın iqtisadi qüdrəti, Ordusunun gücü haqqında lazımi təəssüratlar yaradıb. Bu gün Azərbaycanın təcrübəsi digər ölkələr tərəfindən öyrənilməkdədir.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib.

Tədbirdə, həmçinin erməni işğalından azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma işlərindən, “ağıllı” kənd və şəhərlərin tikintisindən danışılıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.