Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycanda NATO-nun dəstəyi ilə beynəlxalq konfrans keçirilir

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində Azərbaycan dövlətinin yüksək vəzifəli şəxsləri, AMEA-nın elmi-tədqiqat institutlarının rəhbərləri, 20-yə yaxın ölkəni, o cümlədən Türkiyə, ABŞ, Kanada, Polşa, Ukrayna, İsveç və Qazaxıstanı, müvafiq beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən alim və mütəxəssislər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bir sıra mühüm aktual problemlərin müzakirəsi və həlli yollarının axtarışına həsr olunmuş beynəlxalq konfransın böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Dördüncü Sənaye İnqilabının təsiri ilə dünyada yeni reallıqların meydana gəldiyini söyləyən AMEA-nın vitse-prezidenti əşyaların interneti texnologiyalarının və kiberfiziki sistemlərin insan fəaliyyətinin bütün sferalarına – idarəetməyə, hərbi sahəyə, iqtisadiyyata, sənaye və kənd təsərrüfatına, rabitə və nəqliyyat infrastrukturuna, müxtəlif kritik fəaliyyət sahələrinə tətbiqi sayəsində bəşəriyyətin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.

Akademik İsa Həbibbəyli virtual məkanda potensial və mövcud olan təhlükələrlə, kiberhücumlarla mübarizə aparılması, etibarlı kibermüdafiə sisteminin yaradılması, milli və qlobal səviyyələrdə bütün növ resursların səfərbər olunması, beynəlxalq hüquq çərçivəsində yeni tənzimləyici mexanizmlərin işlənməsi, ölkələr arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, alimlərin məqsədyönlü araşdırmalar aparmalarının önəmindən bəhs edib. O, bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən çox əhəmiyyətli qərarların qəbul olunduğunu, müvafiq dövlət orqanlarının öz üzərinə düşən vəzifələri lazımi səviyyədə həyata keçirdiklərini diqqətə çatdırıb.

Vitse-prezident bildirib ki, yeni çağırışları və reallıqları əsas götürən Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətinin yaxın gələcək üçün prioritet istiqamətlərindən biri də məhz Dördüncü Sənaye İnqilabının yaratdığı kompleks problemlərin tədqiq edilməsi, cəmiyyətin bütün sferalarının kompleks təhlükəsizliyinin təmin edilməsinin elmi-nəzəri problemlərinin araşdırılmasından ibarətdir. İsa Həbibbəyli NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyilə keçirilən mötəbər konfransı Azərbaycan-NATO əməkdaşlığına mühüm töhfə kimi qiymətləndirib, buna görə NATO rəhbərliyinə Azərbaycan elmi ictimaiyyəti adından dərin minnətdarlığını bildirib. O, həmçinin yüksək səviyyəli konfransın təşkilinə görə Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinə və AMEA İnformasiya Texnologiyaları İnstitutuna təşəkkür edib. Alim Polşa ilə Azərbaycanın dost və tərəfdaş ölkələr olduğunu, bu əlaqələrin dərin köklərə söykəndiyini söyləyib: “Kibertəhlükəsizlik sahəsində Azərbaycan və Polşa alimlərinin əməkdaşlığını yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün yüksək potensial mövcuddur”.

Nitqinin sonunda İsa Həbibbəyli “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda beynəlxalq konfransın kibertəhlükəsizliklə mübarizə sahəsində təcrübə mübadiləsinin aparılması, qabaqcıl biliklərin paylanması, xarici ölkələrin qabaqcıl elm mərkəzləri, universitetləri ilə gələcək əməkdaşlıq münasibətlərinin qurulması nöqteyi-nəzərindən çox böyük imkanlar yaradacağına əminliyini ifadə edib.

Daha sonra NATO-nun rəsmi nümayəndəsi James Appathurai, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin müdiri Vüsal Xanlarov, Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik Bölməsinin rəhbəri, beynəlxalq layihələr üzrə koordinator, baş tədqiqatçı, professor Jacek Gajevski, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin idarə rəisi Cəfər Hüseynzadə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, ATƏT-in Orta Asiyada gömrük işi üzrə beynəlxalq eksperti, gömrük xidməti general-mayoru, texnika elmləri doktoru, professor İqbal Babayev, İnternet Şöhrət zalının çağırışçısı George Sadovski, AMEA-nın akademik-katibi, Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov, AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, Stokholm Universitetinin professoru Oliver Popov çıxış edərək, tədbirin önəmindən bəhs edib, konfransın işinə uğurlar arzulayıblar.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev beynəlxalq tədbirin qonaqlarını, təşkilatçılar, iştirakçılar və media nümayəndələrini salamlayıb.

Akademik Rasim Əliquliyev belə bir mühüm konfransın təşkilində göstərdiyi dəstəyə görə NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramına minnətdarlığını ifadə edib. Alim NATO ilə Elmlər Akademiyasının əməkdaşlığının 2003-cü ildə təsis edilmiş “Virtual ipək yolu” layihəsindən başlandığını söyləyib. O, bugünkü konfransda “Industry 4.0 inqilabı”nın çağırışları nəticəsində meydana çıxan əşyaların interneti infrastrukturlarının, kiberfiziki sistemlərinin, bir sözlə, əməliyyat texnologiyalarının kibertəhlükəsizliyi problemlərinin müzakirəsi və həll yolları ilə bağlı müzakirələrin aparılacağını diqqətə çatdırıb. Rasim Əliquliyev qeyd edib ki, CPS-lərin kibertəhlükəsizliyi ənənəvi informasiya-kommunikasiya sistemlərinin kibertəhlükəsizliyindən fərqli olaraq, cəmiyyətin müxtəlif təyinatlı kritik texnoloji infrastrukturlarının dayanıqlı və etibarlı fəaliyyət göstərməsinin təmin olunması vəzifələrini qarşısına prioritet məqsəd qoyur.

Vitse-prezident konfransa təqdim olunan məruzələrin cəmiyyətin müxtəlif sferalarında süni intellekt və əşyaların interneti texnologiyalarının geniş tətbiqini, onların kibertəhlükəsizliyinin təmin olunmasını nəzərdə tutan nəzəri və praktiki problemlərin araşdırılmasına həsr olunduğunu bildirib O, tədbir çərçivəsində səmərəli müzakirələrin aparılacağına, gələcək üçün yeni elmi layihələrin əsasının qoyulacağına inamını ifadə edib.

Qeyd edək ki, 3 gün davam edəcək beynəlxalq konfransın seksiya iclaslarında “Kritik infrastrukturların kibertəhlükəsizliyi”, “Kibertəhlükəsizlik üzrə təhsil: proqramlar və laboratoriyalar”, “Həssaslığın təhlili, yoxlanılması və risk menecmenti”, “Hücumların aşkarlanması, təsirinin azaldılması və qarşısının alınması” və s. istiqamətlər üzrə müzakirələr aparılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb