MƏDƏNİYYƏT


Azərbaycanda “Puşkiniana-2019” müsabiqəsinə start verilib

Bakı, 14 mart, AZƏRTAC

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 220-ci ildönümünün ölkəmizdə bayram edilməsi çərçivəsində illik “Puşkiniana” müsabiqəsinə start verilib.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin təşkilatçıları Rusiya Federasiyasının səfirliyi, “Rossotrudniçestvo”nun Azərbaycan Respublikasındakı nümayəndəliyi, Rus icması və Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimlərinin Assosiasiyasıdır. Bu il “Puşkiniana” layihəsi “A.S.Puşkinin muzeyləri dünya xəritəsində” devizi altında keçirilir.

Tədbirdə dahi şairin şeirləri oxunub, onlara bəstələnmiş musiqi əsərləri səslənib. Bu əsərlər peşəkar, uşaq və tələbə kollektivlərinin ifasında beş nominasiyadan ikisi – “Biz yenidən Puşkinin sətirlərini oxuyuruq” və “Biz bununla yaşayırıq, bu adla fəxr edirik” üzrə təqdim edilib.

Bu ilin aprelində daha üç nominasiya üzrə müsabiqənin növbəti mərhələsi keçiriləcək.

Layihəyə iyun ayında – Aleksandr Puşkinin ad günü ərəfəsində yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.