İQTİSADİYYAT


Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası Özbəkistanda keçirilən beynəlxalq tədbirə qatılıb

Bakı, 17 iyun, AZƏRTAC

Özbəkistanda “Qadın və rəqəmsal iqtisadiyyat. Qadın sahibkarlığının qlobal inteqrasiyası” mövzusunda beynəlxalq oflayn və onlayn dəyirmi masa keçirilib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasından (AQSİA) AZƏRTAC-a bildirilib ki, tədbir “Sharq Ayoli – Woman of east” beynəlxalq qadınlar ictimai fondu, Özbəkistan Respublikası Ədliyyə Nazirliyi, “Yuksaliş” ümummilli hərəkatı, USAID-in sahibkarlığın və biznesin inkişafı layihəsi, Özbəkistan Ticarət-Sənaye Palatası tərəfindən təşkil olunub.

Tədbirə 11 ölkənin qadın təşkilatları qatılıb. Beynəlxalq toplantıda ölkəmizi AQSİA-nın sədri Səkinə Babayeva təmsil edib. Tədbirdə, həmçinin Rusiya Federasiyası Ticarət-Sənaye Palatası yanında Rus-Ərəb İşgüzar Şurasının sədri, “Biznes Qadınları” Ümumrusiya ictimai təşkilatının prezidenti Tatyana Qvilava, İslam biznesi beynəlxalq assosiasiyasının qadınlar qolunun rəhbəri, Rusiya və Tatarıstan müsəlman qadınlar birliyinin sədri Nailya Ziqanşina, habelə Mozambik, Rusiya, Belarus, Latviya, Özbəkistan və digər ölkələrdən olan qadın təşkilatları iştirak ediblər.

Dəyirmi masa əsnasında “Sharq Ayoli” beynəlxalq qadınlar ictimai fondu ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və İslam biznesi beynəlxalq assosiasiyasının qadınlar qolu arasında Azərbaycan və Tatarıstanda fəaliyyət göstərən qadın sahibkarlara elektron ticarətin əsaslarının öyrədilməsi mövzusunda seminarlara başlamaqla bağlı razılıq əldə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.