CƏMİYYƏT


Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ağacəkmə kampaniyasında iştirak edib

Bakı, 6 dekabr, AZƏRTAC 

Dekabrın 6-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şamaxı yolunda yerləşən Pirəkəşkül ərazisində keçirdiyi ağacəkmə kampaniyasında Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının əməkdaşları da iştirak ediblər.

AQSİA-dan AZƏRTAC-a bildiriblər ki, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, ağac əkilməsinin təşviqi məqsədilə keçirilən kampaniya çərçivəsində meşə və qeyri-meşə fondu ərazilərində iqlimə və relyef şəraitinə uyğun müxtəlif növ ağaclar əkilib.

Prezident İlham Əliyevin Sərəncamı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü böyük sənətkarın adının əbədiləşdirilməsi, beynəlxalq aləmdə təbliği, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs dahi şairin irsinin təbliği ilə bərabər, həm də ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərin həllində birgə fəaliyyətə səsləyir.

Qeyd edək ki, Dayanıqlı İnkişaf Məqsədlərinin 15-ci hədəfi ekosistemlərin dayanıqlı istifadəsini müdafiə, bərpa və təbliğ etmək, meşələri dayanıqlı idarə etmək, səhralaşma ilə mübarizə aparmaq, torpaq deqradasiyasının qarşısını almaq və dayandırmaq, o cümlədən biomüxtəliflik itkisini dayandırmaqdan ibarətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.