CƏMİYYƏT
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndə heyəti Şimali Kipr prezidenti ilə görüşüb
Bakı, 3 avqust, AZƏRTAC
Şimali Kiprdə səfərdə olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin üzvləri Prezident Ersin Tatar və birinci xanım Sibel Tatar ilə görüşüblər.
AZƏRTAC Şimali Kipr prezidentinin saytına istinadla xəbər verir ki, Ersin Tatar görüşdə qardaş Azərbaycan xalqının Qarabağ müharibəsindəki şanlı Zəfərinin böyük sevinc hissi doğurduğunu bildirib. O, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafının Şimali Kiprdə yaşayan türklər tərəfindən sonsuz məmnunluqla qarşılandığını vurğulayıb.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva eyni soy-kökə sahib olan Şimali Kipr və Azərbaycan xalqlarının qarşılıqlı mədəni əlaqələrinin inkişafı üçün atılan addımların önəmini qeyd edib.
Sonra qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.