İQTİSADİYYAT


Azərbaycanda “StratUp School” layihəsi hazırlanır

Azərbaycanda “StratUp School” layihəsi hazırlanır

Bakı, 2 dekabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində qonaq olan İsrail Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun və Palatanın əməliyyat meneceri Gülmiyyə Aşirova “EnterpriseAzerbaijan” portalının İnkubasiya və Akselerasiya akvariumunda olublar.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə “EnterpriseAzerbaijan.com” portalının rəhbəri Mətanət Musayeva, Rəqəmsal Ticarət Qovşağının (DTH) portalının rəhbəri Məsumə Talıbova və “Alma Consalting”in rəhbəri Habil Əhmədov iştirak ediblər.

“EnterpriseAzerbaijan” portalının rəhbəri Mətanət Musayeva qonaqlara portalın yenilənən iş prinsiplərindən danışıb, Azərbaycanda innovasiya və startap ekosisteminin müasir vəziyyəti, burada “EnterpriseAzerbaijan.com” portalının yeri və rolu haqqında məlumat verib.

İsrail Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun mərkəzin rezidentləri olan “Alma consulting”, “Interno” və “Bonpini”, eyni zamanda, mərkəzin sosial, ekoloji, texnoloji və kreativ layihələri olan “Ecoprint”, “Yoldash”, “Recycled Art”, “GreenBomb”, “Biobot”, “Entor”, “Designyourself” və “Plasket” ilə tanış olub, onların təqdimatlarını dinləyib, beynəlxalq səviyyədə yarışlarda iştirakları və qələbələri ilə maraqlanıb, gələcək inkişafları üçün lazım olan tövsiyələr verib.

İsrailli qonaq Azərbaycan və İsrail startap ekosistemləri arasında gələcək əməkdaşlığın inkişafı üçün maraqlı olduğunu söyləyib.

Tərəflər arasında “StratUp School” layihəsi, “İqtisadi artım-İnovasiya və startaplar” adlı dərsliyin yazılması və İnkubasiya Mərkəzinin inkişaf perspektivləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.