CƏMİYYƏT
Azərbaycanda Uşaq Səfirlər Məclisi yaradılır
Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların da bu prosesə öz töhfəsini verməsi, iştirakının təmin olunması, eləcə də uşaqlarda müstəqil özünüifadəetmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşması məqsədilə Uşaq Səfirlər Məclisinin yaradılmasını elan edir.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, Məclis üzvləri tərəfindən uşaq hüquqlarının müdafiəsi, uşaq inkişafı, həmçinin uşaqları narahat edən məsələlər barədə müzakirələr aparılacaq, onların həlli istiqamətində təkliflər irəli sürüləcək. Məclis üzv seçilmək arzusunda olan 14-18 yaş arasında olan uşaqları təşkil edilən müsabiqədə iştirak etməyə dəvət edir.
Məclis üçün ilkin qeydiyyat və növbəti mərhələlər haqqında ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz: