İQTİSADİYYAT


Azərbaycanda “Yol hərəkətinin təhlükəsizliyi” vahid elektron analitik məlumat bazası yaradılacaq

Bakı, 10 yanvar, AZƏRTAC

Azərbaycanda “Yol hərəkətinin təhlükəsizliyi” vahid elektron analitik məlumat bazası yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda bildirilir.

Qeyd olunur ki, yol hərəkətinin təhlükəsizliyi sahəsində fəaliyyət elektronlaşdırılacaq, bir neçə sistem və bazalardan ibarət “Yol hərəkətinin təhlükəsizliyi” vahid elektron analitik məlumat bazası yaradılacaq. Məlumat bazasının yaradılmasının 2019-2021-ci illər ərzində həyata keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.