İQTİSADİYYAT
Azərbaycanda "Yandex" axtarış sistemi istifadəçilərinin sayı artıb
Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycanın internet bazarında “Google” axtarış sisteminin payı ötən il 1,06 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə "Global Stats" statistika mərkəzinin yaydığı hesabatda məlumat verilib.
Qeyd olunub ki, populyar axtarış sistemi olan "Google"un Azərbaycan bazardakı payı 87,54 faizdir və 2013-cü illə müqayisədə istifadəçilərin sayı 0,62 faiz azalıb.
Ötən il ölkədə "Yandex" axtarış sistemi istifadəçilərinin sayında 31 faiz artım qeydə alınıb. "Yandex"-in Azərbaycanda payı 4,27 faizdir ki, bu da 2013-cü ilə nisbətən 34,27 faiz çoxdur. Siyahıda sonrakı yerləri bing (4,05 faiz), mail.ru (1,16 faiz) servisləri və digərləri tutur.