CƏMİYYƏT


Azərbaycanda "mu" ştamı ilə yoluxma faktı qeydə alınmayıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının "mu" ştamı ilə yoluxma faktı qeydə alınmayıb. "Mu" ştamının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır.

Bunu AZƏRTAC-a açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, "mu" ştamı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb: "Yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır. COVID-19-un "mu" ştamı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.