CƏMİYYƏT


Azərbaycanda ad günlərini dörd ildən bir qeyd edən 5082 nəfər var

Bakı, 27 fevral, AZƏRTAC

İlin ən qısa ayı olan fevral 28 gündən, dörd ildən bir isə 29 gündən ibarət olur. Ədliyyə Nazirliyi bu tarixdə yaşanan müxtəlif qeyri-adi hadisələrin ictimaiyyət üçün maraqlı olduğunu nəzərə alaraq, Azərbaycanda fevralın 29-da doğulan vətəndaşlarımız barədə statistik rəqəmləri təqdim edir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda Azərbaycanda bu tarixdə doğulan 5082 nəfər var. Onlardan 2505 nəfəri kişi, 2577 nəfəri isə qadındır. 18 yaşına çatmayan şəxslərin sayı 1306 nəfərdir (669 kişi, 637 qadın). Gənclərin (14 yaşdan 29 yaşadək) sayı 1111 nəfərdir (569 kişi, 542 qadın), yaşı 29-dan yuxarı olan şəxslərin sayı isə 2889 nəfərdir (1388 kişi, 1501 qadın). Onlardan 2074 nəfəri 40 yaşdan, 1199 nəfəri 50 yaşdan, 670 nəfəri 60 yaşdan, 104 nəfəri 70 yaşdan, 48 nəfəri 80 yaşdan yuxarı olanlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.