SİYASƏT


Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Kəlbəcərə səfəri başlayıb

Bakı, 31 may, AZƏRTAC

Mayın 31-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən xarici ölkələrin səfirlərinin, hərbi attaşelərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin, ümumilikdə 50-dən artıq ölkədən 80-dən çox şəxsin azad olunmuş Kəlbəcər rayonuna səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, səfər zamanı diplomatlar Kəlbəcər rayonunda həyata keçirilən nəqliyyat və enerji infrastrukturu layihələri, o cümlədən yol, tunel tikintisi, enerji xətlərinin çəkilişi və sair ilə tanış olacaqlar.

Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunda törətdiyi dağıntılar, vəhşiliklər, xüsusilə onların həmin ərazilərdən çıxdığı dövrdə məqsədli şəkildə yaratdıqları problemlər diplomatik korpusun diqqətinə çatdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.