İDMAN


Azərbaycanda aykido üzrə beynəlxalq seminar keçiriləcək

Bakı, 13 mart, AZƏRTAC

Aprelin 13-14-də Azərbaycan Aykido Federasiyasının (AAF) prezidenti Fərhad Ələsgərovun rəhbərliyi ilə respublika seminarı keçiriləcək.

AAF-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Aykido Mərkəzində keçiriləcək seminara respublikanın bir çox bölgələrindən 150 nəfər, o cümlədən Gəncə, Oğuz, Şəki, Göyçay, Lənkaran, Astaradan idmançı və məşqçilər qatılacaqlar. Seminarda Azərbaycandan başqa, Fransa, Türkiyə və İrandan olan nümayəndələrin də iştirakı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.