Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanda ayrı-seçkiliyə yol verilmədən hər bir uşağın hüquq və mənafeyi qorunur VİDEO

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 21-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova noyabrın 20-sinin Ümumdünya Uşaq Günü kimi qeyd olunduğunu deyib. Ombudsman bildirib ki, ölkəmizdə keçirilən tədbirlər uşaq hüquqlarının təbliğinə, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verir.

Uşaq Hüquqları üzrə Konvensiyanın 30-cu ildönümünün qeyd olunduğunu deyən Elmira Süleymanova konvensiyanın məqsədi, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasında, “Uşaq hüquqları haqqında” Qanunda və digər milli qanunvericilik aktlarında nəzərdə tutulmuş hüquq və vəzifələr, uşaq hüquqlarının müdafiə mexanizmləri barədə məlumat verib.

Ombudsman çıxışında uşaqların sağlamlığına, təhsilinə, layiqli vətəndaş kimi hərtərəfli inkişafına yönəlmiş tədbirlər həyata keçirildiyini, bu istiqamətdə uğurlu islahatlar aparıldığını diqqətə çatdırıb.

Müvəkkil uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək məqsədilə Azərbaycan Uşaqlarının Ümumrespublika forumlarının keçirildiyini də qeyd edib.

UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin Uşaq Hüquqları Konvensiyası barədə məlumat verib. O bildirib ki, BMT tərəfindən qəbul edilən bu sənəd dünyanın hər bir yerində yaşayan uşaqların konvensiya ilə müəyyən olunmuş hüquqlarını təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyənləşdirir. Konvensiyanı ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər.

E.Karvardin bildirib ki, Azərbaycanın 1992-ci ildən etibarən uşaq hüquqlarının qorunması sahəsində əldə etdiyi nailiyyətlər ölkənin üzərinə götürdüyü öhdəliyin bir təzahürüdür. O qeyd edib ki, Azərbaycanda uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün çox ciddi işlər görülüb. “Bu işlərin davam etdiriləcəyinə inanıram. Təmsil etdiyim təşkilat bu sahədə görülən işlərə dəstək verməyə hazırdır”, - deyə E.Karvardin qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova uşaqların müdafiəsinin ölkəmizdə həyata keçirilən uşaq siyasətinin önəmli tərkib hissəsi kimi hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb: “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da genişləndirilib. Ölkəmizdə ayrı-seçkiliyə yol verilmədən hər bir uşağın hüquq və mənafeyi nəzərə alınır. Onların hərtərəfli inkişafı üçün bütün imkanlar yaradılır. Uşaq iştirakçılığının təmin edilməsi sahəsində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir. Lakin bununla yanaşı, uşaqların müdafiəsi sahəsində önəmli aspektlərdən biri uşaqlara qarşı zorakılığın qeydə alınmasıdır. BMT-nin Uşaq Hüquqları Konvensiyası bunu önəmli məsələ kimi qeyd edir. Təəssüf ki, bütün dünyada uşaqlara qarşı zorakılığın müxtəlif növləri törədilir. Aparılan araşdırmalara görə, Avropada hər beş uşaqdan biri cinsi zorakılığın və istismarın qurbanına çevrilir. Ölkəmizdə belə hallar əvvəllər gizli baş verirdisə, son illər müvafiq qurumlara edilən müraciətlər bu mövzunu aktuallaşdırır. Məhz belə halların qarşısının alınması üçün 2007-ci ildə “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyası qəbul edilib. Bu konvensiya təkcə Avropa Şurası ölkələri deyil, bütün dünya dövlətləri tərəfindən ratifikasiya edilə bilər. Azərbaycan həmin konvensiyanı 2008-ci ildə imzalayıb. Konvensiya bu il oktyabrın 22-də Milli Məclis tərəfindən qəbul edilib və oktyabrın 31-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə onun ratifikasiyası təsdiq olunub”.

Hicran Hüseynova vurğulayıb ki, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığının, erkən nikah, təhsildən yayınma hallarının qarşısının alınması və digər layihələr həm milli qanunvericiliyin güclənməsində, həm də maarifləndirici işlərin reallaşmasında xüsusi əhəmiyyətə malikdir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı zorakılığa qarşı mübarizə aparılsa da, hər bir uşağı ondan qorumağın mümkünsüz olduğunu bildirib. Komitə sədri qeyd edib ki, uşaqlar zorakılığa daha çox ailələrdə məruz qalırlar. Bəzi ailələrdə cismani cəza tədbiri üsulu seçilir, yəni, uşaqlar döyülür. Bundan əlavə, uşaqlar gücü və yaşı çatmayan işləri görməyə məcbur edilirlər. Ailələrdə uşaqlara etinasızlıq göstərilir. Qız uşaqlarının erkən yaşda təhsildən ayrılıb ailə qurmağa məcbur edilmələri faktları da var. Bu da bir faktdır ki, zorakılığa məruz qalan uşağı qorumaq mümkün deyil. Nə qədər maarifləndirici tədbirlər görülsə də, hər il uşaqlara qarşı fiziki, psixoloji və cinsi zorakılıq faktları qeydə alınır.

Son vaxtlar məktəblərdə zəif, xəstə uşaqların ələ salınması kimi hallara da rast gəlinir. Nəticədə uşaqlarda “məktəb qorxusu” əmələ gəlir. Mükəmməl qanunlarımız var. Buna baxmayaraq, uşaqlarla bağlı qanunvericilikdə olan boşluqları doldurmaq mümkündür. Hətta ehtiyac olsa, uşaqların zorakılığa məruz qalması ilə bağlı mülki və digər məcəllələr sərtləşdirilməlidir. Məktəblərdə maarifləndirmə işləri ön planda olmalıdır. Hər bir rayonda, məktəbdə risk qrupuna aid olan ailələrin, uşaqların qeydiyyatı aparılmalıdır. Məişət səviyyəsində baş verən hadisələr mətbuatda və sosial şəbəkələrdə işıqlandırılır. Bu, yolverilməz haldır. Çünki belə hallar uşaqların fiziki və psixoloji travmalar alması ilə nəticələnir. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi onların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Aqiyə Naxçıvanlı silahlı münaqişələrin uşaqların həyatına təsirsiz ötüşmədiyini qeyd edib. O, torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğalı nəticəsində uşaqların eyni vəziyyətlə üzləşdiyini vurğulayıb.

Konfrans müvafiq mövzularda məruzələrlə davam edib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın “Uşaqların cinsi istismardan müdafiəsi sahəsində dövlətdaxili qanunvericilik və beynəlxalq sənədlər, bu sahədə inkişaf perspektivləri”, Daxili İşlər nazirinin müavini Oruc Zalovun “Yetkinlik yaşına çatmayanlara qarşı hüquqpozmaların və nəzarətsizliyin profilaktikası, bu sahədə praktiki fəaliyyət və əməkdaşlıq”, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Mehman Xankişiyevin “Uşaqlara qarşı törədilən cinayətlərin açılması, araşdırılması və qarşısının alınması”, Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyevin “Uşaqlara qarşı zorakılıq, sui-qəsd və etinasızlıq hallarının aşkarlanması və müvafiq tədbirlərin görülməsi”, “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Rafiq Alışov “Uşaqların zorakılıqdan müdafiəsi və onların təhlükəsiz şəraitdə yaşamasının təmin edilməsi” mövzularında məruzələri dinlənilib.

Konfrans zamanı, həmçinin uşaqların əl işlərindən ibarət rəsm sərgisi də nümayiş olunub.

Azərbaycanda ayrı-seçkiliyə yol verilmədən hər bir uşağın hüquq və mənafeyi qorunur VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb