CƏMİYYƏT


Azərbaycanda bir milyon nəfərə 22 min test düşür

Bakı, 15 may, AZƏRTAC

Bu günə qədər Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının müayinəsi üçün 220 mindən artıq test aparılıb, yəni, bir milyon nəfərə 22 min test düşür.

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, yoluxanların 36 faizi 60-69, 22 faizi 50-59 yaş, 18 faizi 30-39 yaş, 5 faizi 0-9 yaş arasındadır, 80 yaşdan yuxarı isə 2 faiz yoluxma halları var: "COVID-19 yoluxanların 57 faizi qadınlar, 43 faizi isə kişilərdir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.