CƏMİYYƏT


Azərbaycanda birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyonu keçib

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 34 min 856 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 5568, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 29288 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 661 min 772-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 1 min 968, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 659 min 804 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.