İQTİSADİYYAT
Azərbaycanda biznes fəaliyyətinin insan hüquqlarına təsiri hər zaman diqqətdə saxlanılır
Bakı, 19 avqust (AZƏRTAC). BMT-nin İnsan Hüquqları Şurasının biznes və insan hüquqları üzrə İşçi Qrupunun üzvləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında olublar.
AZƏRTAC xəbər verir ki, görüşdə konfederasiyanın sədri Səttar Mehbalıyev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə qonaqlara məlumat verib. O bildirib ki, Azərbaycanda biznes fəaliyyətinin insan hüquqlarına təsiri hər zaman diqqətdə saxlanılır, bu istiqamətdə yeni təcrübələr öyrənilir.
BMT-nin İnsan Hüquqları Şurasının biznes və insan hüquqları üzrə İşçi Qrupunun üzvü Puvan Selvanatan sürətli iqtisadi artımın olduğu, özəl sektorun inkişaf etdiyi ölkələrdə həmkarlar ittifaqları çərçivəsində insan hüquqlarının qorunması və bu hüquqların pozulmasının qarşısının alınması istiqamətində fikir mübadiləsinin aparılmasının vacibliyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2020 [17:52]
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
- 08.07.2019 [17:47]
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub
- 01.07.2019 [18:41]
Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib
- 25.06.2019 [11:46]
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib YENİLƏNİB
- 20.06.2019 [15:07]