İQTİSADİYYAT


Azərbaycanda biznes naviqatorun tətbiqi imkanlarına dair müzakirələr aparılıb

Bakı, 9 dekabr, AZƏRTAC

Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Korporasiyasının biznes naviqator layihəsinin ölkəmizdə tətbiqi imkanları müzakirə olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, qurumun idarə heyətinin sədri Orxan Məmmədov Bakıda səfərdə olan Rusiya Federasiyasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Korporasiyasının baş direktorunun müavini Svetlana Kuznetsova ilə görüşüb. Görüşdə Azərbaycan və Rusiyanın kiçik və orta biznes subyektləri arasında əlaqələrin inkişafına və yeni əməkdaşlıq istiqamətlərinə, o cümlədən Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Korporasiyasının biznes naviqator layihəsinə və bu layihənin ölkəmizdə tətbiqi imkanlarına, hər iki ölkənin sərhədyanı bölgələrində fəaliyyət göstərən KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbirlərin təşkilinə, yerli KOB-ların Rusiyanın iri şirkətlərinin satınalmalarında iştirakına və bu məqsədlə birgə məlumatlandırıcı təlimlərin keçirilməsinə dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.