CƏMİYYƏT


Azərbaycanda bu gün 52 min 386 nəfər COVID-19 infeksiyası əleyhinə vaksinasiya olunub

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də Azərbaycanda 52 min 386 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 min 108, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 min 278 nəfər təşkil edib.

Azərbaycanda bu günədək vurulan vaksinlərin ümumi sayı 7 milyon 609 min 940, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 507 min 38, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 102 min 902 nəfərə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.