REGİONLAR


Azərbaycanda bu günədək 2,7 milyon ton taxıl yığılıb

Bakı, 6 iyul, AZƏRTAC 

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycanda 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunun 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı isə arpa sahəsidir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, iyulun 6-na olan operativ məlumata görə, ölkə ərazisində 871 min 488 hektar ərazidə taxıl biçini aparılıb, 330 min 288 hektar zəmidə arpa, 541 min 200 hektar sahədə buğda biçini başa çatıb. Ümumilikdə, bu günədək ölkə üzrə 2 milyon 768 min 652 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,8 sentner təşkil edir.

Ağdam, Bərdə, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Göyçay, Neftçala və Ağcabədidə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər və Füzuli rayonlarında isə taxıl biçini başa çatmaq üzrədir.

Ağsu ərazisində arpa əkilmiş 16 min 36 hektar sahənin 15 min 830 hektarı, buğda əkilmiş 20 min 39 hektar zəminin isə 17 min 840 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 31 s/ha, buğda üzrə məhsuldarlıq 32,6 s/ha təşkil edir.

Şəki ərazisində arpa əkilmiş 21 min 626,3 hektar zəminin 21 min 580 hektarı, buğda əkilmiş 45 min 962 hektar sahənin 38 min 930 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 34,3 s/ha, buğda üzrə məhsuldarlıq 33,7 s/ha təşkil edir. Ağdaş, Beyləqan və Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.