REGİONLAR


Azərbaycanda bu günədək 280623 hektar sahədə taxıl biçini aparılıb - operativ məlumat

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-nə olan operativ məlumata görə, ölkə ərazisində 280622,9 hektar ərazidə taxıl biçini aparılıb, 225782,3 hektar ərazidə arpa, 54840,65 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə, bu günədək ölkə üzrə 843624,3 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 30 sentner təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir. 

Bərdə rayonunda arpa biçini başa çatıb. Kürdəmir, Sabirabad Beyləqan, Zərdab, Yevlax, Cəlilabad və Masallı rayonlarında arpa biçini başa çatmaq üzrədir. Kürdəmir ərazisində arpa əkilmiş 29926 hektar sahənin 29161 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Sabirabad ərazisində arpa əkilmiş 9600 hektar sahənin 9550 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 37,5 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Sabirabad, Cəlilabad, Zərdab, Yevlax,  Bərdə, Beyləqan, Samux, Goranboy, Qax, Masallı, Ağcabədi, Füzuli, Ağdam, Tərtər və İmişli rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

 

Rayon

Arpa sahəsi, ha

Biçilmiş sahə, ha

Məhsuldarlıq, s/ha

Neftçala

31404

29860

26,9

Şəki

21626,3

14030

34,0

Biləsuvar

14900

14194

32,0

Sabirabad

9600

9550

37,5

Zərdab

5730

5648

30,6

Yevlax

5082,5

5000

29,5

Cəlilabad

4509,1

4350

35,2

Bərdə

2568

2568

31,0

Beyləqan

1765

1736

27,9

Samux

3544

3176

34,8

Goranboy

11500

9374

24,0

Qax

2881

2446

26,0

Masallı

2786

2588

20,5

Ağcabədi

5637

4951

33,5

Füzuli

8505

7522

30,6

Ağdam

2215

1811

35,6

Tərtər

3814,5

2978

34,2

İmişli

6322

5186

32,3

Xızı

1925

1240

17,3

Göyçay

6851

5133

31,5

Salyan

9917

7978

32,7

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.