REGİONLAR
Azərbaycanda bu günədək 493,7 hektar sahədə taxıl biçini aparılıb
Bakı, 21 iyun, AZƏRTAC
Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı arpa sahəsidir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, iyunun 21-nə olan operativ məlumata görə, ölkə ərazisində 493 min 783,4 hektar ərazidə taxıl biçini aparılıb, 284 min 622,5 hektar ərazidə arpa, 209 min 160,9 hektar ərazidə buğda biçini başa çatıb.
Ümumilikdə isə bu günədək ölkə üzrə 1 milyon 545 min 15,5 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,2 sentner təşkil edir.
Zərdab, Yevlax, Sabirabad, Kürdəmir, Ağdam, Kəlbəcər, Neftçala, Saatlı, Balakən, Şuşa, Ucar rayonlarında arpa biçini başa çatıb.
Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Füzuli, Cəbrayıl, Laçın, Lənkəran, Samux, Tərtər rayonlarında arpa biçini başa çatmaq üzrədir. İmişli ərazisində arpa əkilmiş 6 min 322 hektar sahənin 6 min 317 hektarı artıq biçilib.
Rayonda arpa üzrə məhsuldarlıq 34,2 s/ha təşkil edir. Tərtər rayonu ərazisində arpa əkilmiş 3 min 814,5 hektar sahənin 3 min 797 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,7 s/ha təşkil edir. Şəki, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Goranboy, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.