REGİONLAR


Azərbaycanda bu günədək 628,6 min hektar sahədə taxıl biçini aparılıb

Bakı, 25 iyun, AZƏRTAC 

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunun 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı isə arpa sahəsidir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, iyunun 25-nə olan operativ məlumata görə, ölkə ərazisində 628 min 656,95 hektar ərazidə taxıl biçini aparılıb, 303 min 286,6 hektar ərazidə arpa, 325 min 370,35 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2 milyon 3 min 496,7 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,8 sentner təşkil edir.

Bərdə, Zərdab, Ucar, Yevlax, Sabirabad, Saatlı, Salyan, Biləsuvar, Kürdəmir, Ağdam, Tərtər, Balakən, Neftçala, İmişli və Masallı rayonlarında arpa biçini başa çatıb.

Beyləqan, Füzuli, Cəlilabad, Qax, Biləsuvar və Göyçay rayonlarında isə arpa biçini başa çatmaq üzrədir. Goranboy ərazisində arpa əkilmiş 13 min 449 hektar sahənin 13 min 339 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29 s/ha təşkil edir. Göyçay ərazisində arpa əkilmiş 6 min 851 hektar sahənin 6 min 797 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 30,5 s/ha təşkil edir.

Şəki, Hacıqabul, Ağsu, Ağdaş və Ağcabədi rayonlarında da arpa biçinində yüksək nəticələr əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.