Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycanda buğda əkinlərinin güzəştli sığortası başlayıb

Azərbaycanda buğda əkinlərinin güzəştli sığortası başlayıb

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə taxıl zəmilərinin – buğda əkinlərinin sığortalanması şərtləri açıqlanıb.

Xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır.

Aqrar Sığorta Fondundan AZƏRTAC-a verilən məlumata görə, fermerlər və iş adamları 2021-ci ildə taxıl zəmilərinin – buğda əkinlərinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər.

Buğda əkini sahələrinin sığortalanması zamanı buğdanın məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.

Qaydalara əsasən, hesablama aparılması üçün buğdanın 1 hektar sahə üçün məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib.

Belə ki, bir hektar üçün məhsuldarlıq norması 5,2-167 sentner arasında, qiymət isə 30-45 manat/sentner arasında müəyyən edilib.

Buğda əkinləri üçün bir hektar sahədən məhsuldarlıq və qiymət hədləri aşağıdakı kimidir:

Süfrə

Məhsuldarlıq (Sentner/ha)

Qiymət

(AZN/ Sentner)

Minimum

5,2

30

Maksimum

167

45

Buğda sahəsinin sığortası üzrə sığorta məbləği bu məlumatlar və əkinin sahəsi nəzərə alınmaqla müəyyən edilir:

Misal: Qobustanda əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 25 sentner, 1 sentner məhsulun bazar qiyməti 30 manat olduqda

Sığorta məbləği = 4 x 25 x 30 = 3000 manat müəyyən edilir.

Qaydalara görə, aqrar sığorta çərçivəsində buğda bitkisinin sığortalanması üçün 3 sığorta zərfi təklif edilir.

Bunlardan birincisi - əksər riskləri əhatə edən “baza zərfi”, digərləri isə əlavə riskləri əhatə edən zərflərdir. Sığorta zərfləri bir-birindən, əhatə etdiyi risklərlə yanaşı, azadolma məbləğləri ilə də fərqlənirlər.

1-ci sığorta zərfi

Birinci, “baza zərfi”ndə azadolma məbləği 10 faizdir. Bu zərf buğda bitkisini dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir.

1-ci sığorta zərfinə aşağıdakı risklər aiddir:

• dolu;

• yanğın;

• zəlzələ;

• torpaq sürüşməsi;

• qasırğa;

• fırtına;

• üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat

2-ci sığorta zərfi

İkinci sığorta zərfi üzrə azadolma məbləği 30 faizdir.

Bu zərf buğda bitkisini bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur.

2-ci sığorta zərfinə aid risklər:

• bitki xəstəlikləri və zərərvericilər;

• xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat

3-cü sığorta zərfi

Üçüncü sığorta zərfi üzrə azadolma məbləği 10 faizdir. Bu zərf buğda bitkisini gövdə hissəsində yaranan miqdar itkisindən qoruyur.

3-cü sığorta zərfinə aid risklər:

• gövdə hissəsində yaranan miqdar itkisi üzrə təminat;

Daha sadə desək, üçüncü sığorta zərfi fermerləri, məhsulun gövdə hissəsində yaranan miqdar itkisindən qoruyur. Məsələ bundadır ki, buğda bitkisində əsas məhsul buğda sayıldığından bitkinin vacib hissəsi onun sünbülüdür. İlk iki sığorta zərfi də məhz həmin hissəni sığortalayır. Bununla yanaşı, buğda bitkisinin gövdə hissəsi olan saman da heyvandarlıqda yem kimi istifadə edilir və onun da maddi əhəmiyyəti var.

Ona görə də buğda əkən fermerlər istəsələr, 3-cü sığorta zərfindən istifadə etməklə bitkinin gövdə hissəsini də sığortalaya bilərlər.

Hansı sığorta zərfinin seçilməsi fermerin və ya buğda zəmisinin sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da onun üstünə əlavə olaraq 2-ci və 3-cü zərfləri də seçə bilərlər. Yəni baza zərfi seçilmədən 2-ci və 3-cü sığorta zərfləri seçilə bilməz.

Buğda sahəsinin sığortalanması üçün tariflər və sığorta haqları

Buğda bitkisinin sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları buğdanın məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, ölkənin bölgələrindən də asılı olaraq dəyişir.

Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir.

Sığorta zərflərinin əhatə etdiyi risklər, azadolma məbləğləri və sığorta haqları ölkənin regionları üzrə aşağıdakı kimidir:

 

1-ci (baza) sığorta zərfi

2-ci sığorta zərfi

3-cü sığorta zərfi

İqtisadi rayonlar

• dolu;
• yanğın;
• zəlzələ;
• torpaq sürüşməsi;
• qasırğa;
• fırtına;
•üçüncü
şəxslərin
hərəkətləri
riskləri üzrə
təminat
•bitki
xəstəlikləri və
zərərvericilər;
•xüsusi
təhlükəli
ziyanvericilərin
yayılması və
hücumu
riskləri üzrə
təminat
•gövdə
hissəsində
yaranan
miqdar itkisi
üzrə təminat

Azadolma

10 %

30%

10%

Gəncə-Qazax

4,03%

2,0%

1,61%

Aran

1,31%

2,0%

0,52%

Quba-Xaçmaz

1,10%

2,0%

0,44%

Şəki-Zaqatala

2,68%

2,0%

1,07%

Dağlıq Şirvan

1,87%

2,0%

0,75%

Lənkəran

1,10%

2,0%

0,44%

Abşeron

1,10%

2,0%

0,44%

Yuxarı Qarabağ

1,63%

2,0%

0,65%

Göründüyü kimi, ən yüksək sığorta tarifləri Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında, ən aşağı sığorta tarifləri isə Quba-Xaçmaz, Lənkəran və Abşerondadır.

Ayrı-ayrı bölgələrdə buğda sahəsinin sığortalanması üçün sığorta haqqı belə hesablanır:

Misal 1: Qobustanda (Dağlıq Şirvan bölgəsi) əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 25 sentner, 1 sentner məhsulun bazar qiyməti 30 manat olduqda

Sığorta haqqı = 3 000 manat X 1,87% = 56,1 manat təşkil edir.

Sığorta haqqının 50 faizini dövlət, yalnız qalan hissəni fermer ödəyir.

Nəticədə ümumi dəyəri 3 min manat olan məhsulun sığortalanması üçün fermer cəmi 28,05 manat və ya hər hektara cəmi 7 manat ödəyir.

Misal 2: Tovuzda (Gəncə-Qazax bölgəsi) əkin sahəsi – 10 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 25 sentner, 1 sentner məhsulun bazar qiyməti 30 manat olduqda

Sığorta haqqı = 7 500 manat X 4,03% = 302,2 manat təşkil edir.

Sığorta haqqının 50 faizini dövlət, yalnız qalan hissəni fermer ödəyir.

Nəticədə ümumi dəyəri 7 500 manat olan məhsulun sığortalanması üçün fermer 151 manat və ya hər hektara cəmi 15,1 manat ödəyir.

Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bu halda sığorta haqqının yarısı dərhal, digər yarısı isə 1 aydan sonra ödənilir.

Fermerlərə sığorta haqqı güzəştləri

Bəzi hallarda fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər nəzərdə tutulub.

Belə ki, sığortalanmış predmetin yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5 faiz güzəşt edilir.

Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5 faiz güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5 faiz, iki ildən sonra 10 faiz, üç ildən sonra isə 15 faiz güzəşt ediləcək.

Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər “gənc fermer” güzəştindən istifadə etməklə sığorta haqqını 5 faiz az ödəyəcəklər.

Buğda əkini sahələrinin sığortalanması üçün müraciətlər başlayıb

Aqrar Sığorta Fondundan verilən məlumata görə, buğda əkini sahələrinin sığortalanması üçün müraciətlərə başlanılıb.

Fermerlər və iş adamları buğda sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Müraciətlərin qəbulu aprelin 15-dək davam edəcək.

Aprelin 15-dək edilən müraciətlərdə buğda əkini sahəsinin sığortalanması üçün sahəyə baxış keçirilməyəcək. Aprelin 15-dən mayın 15-dək olan dövrdə edilən müraciətlər zamanı isə buğda əkini sahələrinin sığortalanması üçün əraziyə müstəqil sığorta eksperti gələrək sahəyə baxış keçirəcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub