İDMAN


Azərbaycanda cüdonun inkişafının 50 illik yubileyinə həsr olunmuş müsabiqəsi elan edilib

Bakı, 19 may, AZƏRTAC

Azərbaycan Cüdo Federasiyası (ACF) ölkəmizdə cüdonun inkişafının 50 illik yubileyi münasibəti ilə Milli Mətbuat Günü ərəfəsində jurnalist müsabiqəsi elan edir.

ACF-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə “Azərbaycanda cüdonun tarixi”, “Azərbaycanın cüdo qəhrəmanları”, “Cüdonun fəlsəfəsi”, “Cüdo elitar idman növü kimi”, “Uşaqların sağlam inkişafında cüdonun rolu” mövzularında yazılar təqdim edilməlidir.

Jurnalistlər müsabiqəyə mayın 20-dən iyulun 10-dək televiziya kanalı, radio, qəzet, jurnal, sayt, sosial mediada yayımlanmış materialları təqdim edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər hazırlayacaqları materialların linklərini [email protected] ünvanına - mövzu hissəsinə müsabiqənin 5 alt mövzusunun uyğun olan birinin adını qeyd edərək göndərməlidirlər. Bir media qurumu adından maksimum 3, bir jurnalist tərəfindən isə yalnız 1 material təqdim edilə bilər. Multimedia (video, fotoslayd, infoqrafika) elementlərinin istifadə olunduğu materiallara əlavə üstünlük veriləcək.

Jürinin qiymətləndirməsi ilə ən çox bal toplayan 10 material müəllifi qalib seçiləcək. Müsabiqənin qalibləri 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 147 illiyi ərəfəsində elan ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.