MƏDƏNİYYƏT


Azərbaycanda doğulmuş latviyalı aktrisanın yubileyi qeyd olunub

Riqa, 26 iyun, AZƏRTAC 

Latviya Milli Arxivində bu ölkənin görkəmli aktrisalarından və rejissorlarından olan Erika Ferdanın 105 illiyinə həsr edilmiş sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, 1914-cü ildə Bakıda doğulmuş Erika 1922-ci ildə aktrisa olan anası Yuliya Ferda ilə birlikdə Riqaya köçüb və sonrakı həyatını bu şəhərdə yaşayıb. Sərgidə incəsənət xadiminin Azərbaycanda keçən uşaqlıq illərini də əks etdirən fotolar nümayiş olunur.

Yaradıcılıq həyatı boyunca 130-dan çox xarakterik rollarda oynamış Erika daha sonra yerli Daile teatrının rəhbəri, Latviya Dövlət Konservatoriyasının müəllimi kimi fəaliyyət göstərib. O, həmçinin 15-dən çox filmdə çəkilib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.