İQTİSADİYYAT


Azərbaycanda dövlət borcunun auditinin araşdırılması ilə bağlı ciddi iş aparılır

Bakı, 24 may, AZƏRTAC

Azərbaycanda dövlət borcunun auditinin araşdırılması ilə bağlı kifayət qədər ciddi iş aparılır. Azərbaycanın dövlət borcu 9 milyard dolladır, İndoneziyanın dövlət borcu isə 300 milyard dollar təşkil edir.

Bu barədə AZƏRTAC-a İndoneziyanın Ali Audit Qurumunun İdarə Heyətinin üzvü Hari Azar Azis deyib.

Hazırda ölkəsinin dövlət borcunun 300 milyard dollar olduğunu deyən H.Azis qeyd edib ki, bu borcun ödənilməsi ilə bağlı xərclərin ümumi daxili məhsulda çəkisi 25-30 faiz təşkil edir. Bu, əvvəlki illərlə müqayisədə nisbətən daha məqbul səviyyədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.