REGİONLAR
Azərbaycanda dövlət quruculuğu sahəsində aparılan islahatlar Heydər Əliyevin adı ilə bağlıdır
Lerik, 23 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 23-də Lerikdə xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla dövlət qulluqçularının peşə bayramına həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edənlər dövlət qulluqçularını əlamətdar gün münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıblar. Qeyd olunub ki, Azərbaycanda dövlət quruculuğu sahəsində aparılan islahatlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizdə dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi sahəsində mühüm işlər görülüb.
Tədbirdə dövlət qulluğunda səmərəli və qüsursuz fəaliyyət göstərən bir qrup dövlət qulluqçusuna fəxri fərman və hədiyyələr təqdim olunub.