Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycanda e-satınalma modelinin tətbiqi dövlət satınalma mexanizminin çevikliyinin artmasına imkan verəcək

Azərbaycanda e-satınalma modelinin tətbiqi dövlət satınalma mexanizminin çevikliyinin artmasına imkan verəcək

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycanda yeni e-satınalma modelinin tətbiqi dövlət satınalma mexanizminin çevikliyi və iştirakçıların əhatə dairəsinin artmasına imkan verəcək.

Bu barədə Mərkəzi Bankın departament direktoru Şaiq Adıgözəlov "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda edilən son dəyişiklikləri AZƏRTAC-a şərh edərkən deyib.

O qeyd edib ki, son illər ölkədə həyata keçirilən islahatların sürəti və miqyası təkmil iqtisadi idarə mexanizminin yaradılması, şəffaflığın artmasına təkan verib. Buna misal olaraq "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş kompleks dəyişiklikləri göstərmək olar. Dəyişikliklər dövlət satınalmalarının ölkə iqtisadiyyatında rolunu və praktiki əhəmiyyətini aydın göstərir. Dəyişikliklərin tətbiqi barədə imzalanmış Fərmanla qarşıya qoyulmuş tapşırıqlar əsasında dövlət satınalmaları sahəsində müfəssəl, dərin və məzmunlu islahat gündəliyi formalaşdırılır, tapşırıqlar mahiyyət etibarilə nəticəyönümlü xarakter daşıyır, iqtisadi gündəlikdəki məsələlərin həllinə və islahatların daha da dərinləşdirilməsinə xidmət edir: “Təbii ki, dövlət vəsaitlərinin istifadəsi üzrə səmərəliliyin və şəffaflığın daha da artırılması, mikro, kiçik və orta biznesin iqtisadiyyatın bütün sahələrində artım drayverinə çevrilməsi Prezident İlham Əliyevin islahat gündəliyində daim prioritet xarakter daşıyır”.

Dövlət satınalmalarının dövlət vəsaitlərindən səmərəli və qənaətli istifadə etməklə dövlətə öz funksiyalarını yerinə yetirmək imkanı verdiyini deyən Ş.Adıgözəlov bildirib ki, bu əsasda dövlət sağlam rəqabətli iqtisadi mühitin formalaşdırılmasına təsir etməklə iqtisadiyyatın inkişafı üçün zəruri şəraitin yaradılmasını təmin edir. Hər il dövlət büdcəsi xərclərinin istifadəsinin mühüm hissəsi məhz dövlət satınalmaları prosedurları həyata keçirilməklə icra edilir. Dövlət büdcəsindən bu məqsədlər üçün kifayət qədər vəsaitin ayrılması təmin edilir ki, bu da qarşıya qoyulmuş hədəflərə nail olunması məqsədini güdür: “Təcrübə göstərir ki, dövlət satınalmalarının həyata keçirilməsi zamanı tətbiq edilən qaydalar bərabər, ədalətli və rəqabətli iqtisadi imkanların yaradılması məqsədini daşıyır. Dövlət və özəl sektorlarda malların, işlərin və xidmətlərin alınmasının rəqabət mühitinin yaradılması vasitəsilə həyata keçirilməsi müəyyən mənada gəlirlərin yenidən bölgüsü mexanizminin tətbiq vasitəsidir”.

Onun sözlərinə görə, iqtisadi xarakteri, həmçinin dövlət vəsaitlərinin qənaətli istifadəsi istiqamətində effektiv vasitə olması nəzərə alınaraq dövlət satınalmalarının şəffaf və qanunauyğun şəkildə tətbiq edilməsinin əhəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli Fərmanında da satınalmalara xüsusi diqqətin yönəldilməsi ilə öz təsdiqini tapıb. Fərmanın əsas xüsusiyyəti ölkədə yeni e-satınalma modelinə keçid və bu əsasda dövlət satınalmalarının effektiv planlaşdırılması, icrası platformasının yaradılmasıdır. Elektron satınalma ilə bağlı bütün prosedurlar və qarşılıqlı informasiya mübadiləsi vahid internet portalı vasitəsilə onlayn həyata keçiriləcək. Bu məqsədlə satınalan təşkilat illik satınalma planını dövlət satınalmalarının vahid internet portalında yerləşdirəcək. Yeni model ilə ölkədə dövlət satınalmalarının vahid internet portalı və elektron satınalma institutu yaradılmış olur. Tender komissiyasının iclasları isə virtual şəkildə təşkili olunacaq ki, bu da dövlət xərclərinin şəffaf və səmərəli istifadəsinin daha da gücləndirilməsini təmin edəcək. Bununla da tətbiq edilən yeni e-satınalma modeli çərçivəsində dövlət satınalmasının planlaşdırılması, tender təklifinin qəbul olunması və iddiaçıların hüquqlarının qorunması üzərində təkmil nəzarət mexanizmi yaradılmış olur. Eyni zamanda, yeni e-satınalma modelinin tətbiqi nəticə etibarilə dövlət satınalma mexanizminin çevikliyi və iştirakçıların əhatə dairəsinin artmasına da imkan verəcək. Qanunda edilmiş dəyişikliklər nəticəsində tenderlə bağlı nəzərdə tutulan müvafiq proseduralar üzrə ümumi günlərin sayı 53-dən 31-ə endirilib, tenderdə iştirak haqqının və tender təklifinin vahid internet portalı vasitəsilə təqdim olunması təsbit edilib. Yeni dəyişikliklərə əsasən, tender komissiyası bir bank günü ərzində qərar qəbul edir və qərarı həmin gün vahid internet portalında yerləşdirir. Satınalan təşkilatla qalib malgöndərən arasında müqavilə vahid internet portalında elektron qaydada bağlanacaq. Nəticədə tam, etibarlı və vaxtında olan satınalma məlumatlarına ictimai çıxış əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

Ş.Adıgözəlov deyib ki, Qanuna edilmiş dəyişikliklərdə malgöndərənlərin şikayətlərinə baxılması müddəti 20 bank günündən 10 bank gününə, qəbul olunmuş qərarın isə elektron qaydada təqdim olunmaqla müddətinin 3 bank günündən bir bank gününədək azaldılması öz əksini tapıb. Həmçinin yeni dəyişikliyə əsasən, tender təklifinin təminatı əvvəlki 1-5 faiz səviyyəsindən 1 faiz səviyyəsinə endirilib: “Bütün bu dəyişikliklər dövlət satınalmasında iştirak edəcək mikro, kiçik və orta biznes subyektlərinin əhatəsini artırmaqla rəqabət əsaslı satınalma mexanizminin formalaşdırılmasını təmin edəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib VİDEO

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir VİDEO

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb