CƏMİYYƏT


Azərbaycanda əhalinin 43 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib

Bakı, 7 sentyabr, AZƏRTAC

Azərbaycanda əhalinin 43 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib.

Bu barədə məlumatı AZƏRTAC koronavirusinfo.az saytından əldə edib.

Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 236 min 381, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 359 min 737, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 876 min 644 nəfər təşkil edir. Ölkəmizdə vaksinasiya zamanı “CoronaVac”, “Vaxzevria”, “Sputnic V”, “Pfizer” peyvəndləri istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.