İQTİSADİYYAT


Azərbaycanda elektrik enerjisi abonentlərinin sayı 2,6 milyondur

Bakı, 20 yanvar, AZƏRTAC

Keçən ilin sonuna Azərbaycanda elektrik enerjisi abonentlərinin sayı 2,6 milyon təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir.

Bildirilir ki, 2018-ci ildə elektrik enerjisi abonentlərinin sayı 2 milyon 607 min 176 olub. Bundan əlavə, il ərzində ümumilikdə 186 min 672 ədəd, o cümlədən əhali istehlakçılarına aid 171 min 739 ədəd, qeyri-əhali istehlakçılarına aid 14 min 933 ədəd köhnə elektrik sayğacları yenisi ilə əvəz edilib. Görülmüş işlər nəticəsində elektrik enerjisi itkiləri 9,8 faizə endirilib, istehlakçılara satılan faydalı elektrik enerjisinə görə ümumi yığım səviyyəsi hesabat ilində 94,7 faizə çatdırılıb.

Ötən il 24 elektrik stansiyasında təsdiq edilmiş qrafik əsasında əsaslı və cari təmir işləri aparılıb. Ümumi gücü 351 meqavat olan 12 ədəd 110 kilovoltluq, gücü 128 meqavat olan 27 ədəd 35 kilovoltluq yarımstansiyalarda tikinti və yenidənqurma işləri aparılıb, 8 ədəd 10 və 6 kilovoltluq transformator məntəqəsi və paylayıcı qurğu inşa edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.