İQTİSADİYYAT


Azərbaycanda elektrik enerjisinin istehsalının 3 faizədək artacağı gözlənilir

Azərbaycanda elektrik enerjisinin istehsalının 3 faizədək artacağı gözlənilir

Bakı, 7 dekabr, Zaur Mirzəyev, AZƏRTAC

Sürətli iqtisadi inkişaf nəticəsində ölkə daxilində elektrik enerjisi istehsalının 2023-2027-ci illərdə illik təxminən 3 faizədək artacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “Azərişıq” ASC-nin 2023-2027-ci illəri əhatə edən Strateji İnkişaf Planında (ASİP) öz əksini tapıb.

ASİP-də nəzərdə tutulmuş tədbirlər uzun illər fəaliyyət göstərən enerji paylama şəbəkəsinin bərpası və genişləndirilməsi ilə Azərbaycanda enerji paylama sektorunun enerji səmərəliliyinin təkmilləşdirilməsi məqsədini daşıyır. Bu planın həyata keçirilməsi ilə paylayıcı şəbəkədə elektrik təchizatının etibarlılığı artacaq, paylama sistemində elektrik enerjisi itkiləri azalacaq, korporativ islahatlar və kadr potensialının gücləndirilməsi işləri dəstəklənəcək, istehlakçılara göstərilən xidmətlərin səmərəliliyi və keyfiyyəti daha da yüksələcək, elektrik təchizatı və satışı idarələrinin əməliyyat və maliyyə göstəriciləri yaxşılaşacaq və paylama subsektorunda innovasiyalar dəstəklənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.