İQTİSADİYYAT


Azərbaycanda elektron kənd təsərrüfatı sistemi inkişaf etdirilir

Bakı, 29 iyun, AZƏRTAC

Prezident İlham Əliyev elektron kənd təsərrüfatının formalaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən elektron kənd təsərrüfatı sisteminin inkişaf etdirilməsi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.

Sərəncam aqrar sahəyə dövlət dəstəyinin səmərəli təşkili, bu sahədə hesabatlılığın və şəffaflığın təmin edilməsi məqsədilə imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.