REGİONLAR


Azərbaycanda əlillər hər cür qayğı ilə əhatə olunublar

Cəlilabad, 4 dekabr, Bağır Əliyev, AZƏRTAC

Azərbaycanda əlillər hər cür qayğı ilə əhatə olunublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Beynəlxalq Əlillər Günü münasibətilə Cəlilabadda keçirilən “dəyirmi masa”da səsləndirilib.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə 20 Yanvar əlilləri, müharibə veteranları, şəhid ailələri, mədəniyyət və səhiyyə işçiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

“Dəyirmi masa”da çıxış edən 20 Yanvar Əlilləri, Müharibə Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Cəlilabad Rayon Şöbəsinin sədri, şəhid atası Mirşamil Mürsəlov, Əməkdar mədəniyyət işçisi Cahangir Muradov, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Cəlilabad Rayon Mədəniyyət Mərkəzinin direktoru Ramin İbrahimov qeyd ediblər ki, ölkəmizdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əhalinin bütün təbəqələrinin, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi və müdafiəsi istiqamətində bir sıra mütərəqqi islahatlar həyata keçirilib.

Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməkdədir. Əlillərin, o cümlədən sağlamlıq imkanları məhdud olan insanların sosial problemlərinin həllinə dövlət büdcəsindən ayrılan vəsaitin hər il artırılması Azərbaycan dövlətinin bu insanlara diqqət və qayğısının təzahürüdür.

Xüsusi diqqət və qayğıya ehtiyacı olan şəxslərin hüquqlarının digərləri kimi hər zaman eyni səviyyədə qorunmasının vacibliyini vurğulayan Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində dövlət səviyyəsində görülən işlərdən və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin bu sahədə həyata keçirdiyi tədbirlərdən danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.