İQTİSADİYYAT


Azərbaycanda əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi barədə beynəlxalq tədbirdə məlumat verilib

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) nümayəndə heyəti İsveçrənin Bazel şəhərində Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyasının (IADI) illik toplantısında və qurumun Avrasiya və Asiya – Sakit Okean Regional Komitələrinin iclaslarında iştirak edib.

ADIF-dan AZƏRTAC-a bildirilib ki, IADI prezidenti, İcra Şurasının sədri, Yaponiya Əmanətlərin Sığortalanması Korporasiyasının direktoru Mikuniya Katsunori, ABŞ Əmanətlərin Sığortalanması Korporasiyasının sədri Yelena MakVilliams, Rusiya Əmanətlərin Sığortalanması Agentliyinin direktoru Yuri İsayev, Türkiyə Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Muhiddin Gülal, Avropa, Asiya və Latın Amerika nümayəndələrinin qatıldığı tədbirdə il ərzində aparılan işlər, IADI-nin 2019-cu il üçün planları və büdcəsi müzakirə edilib, İcra Şurasında vakant yerlərə seçkilər keçirilib.

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktor vəzifəsini icra edən Vüqar Abdullayev Türkiyə, Gürcüstan, Rusiya və digər ölkələrin nümayəndələri ilə müzakirə aparıb və ölkədə əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi barədə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.