Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycanda ənənəvi olmayan, lakin xaricdə böyük ehtiyac duyulan meyvə-tərəvəz yetişdirilə bilər

Azərbaycanda ənənəvi olmayan, lakin xaricdə böyük ehtiyac duyulan meyvə-tərəvəz yetişdirilə bilər

Bakı, 31 yanvar, Sevda Cəfərova, AZƏRTAC

Azərbaycan Meyvəçilik və Tərəvəzçilik İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AMTA) sədr müavini, sahibkar qadın Jalə Əmirbəyova qurumun fəaliyyəti ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Jalə xanım, Azərbaycan Meyvəçilik və Tərəvəzçilik İstehsalçıları və İxracatçıları Assosiasiyası hansı səbəbdən yaranıb, onun məqsədi nədir, artıq neçə üzvü var?

- 2016-cı il avqust ayında İqtisadiyyat Nazirliyi tərəfindən Xaçmaz rayonunda keçirilən kənd təsərrüfatında çalışan sahibkarların iclasında assosiasiya yaradıldı. Məhz həmin iclasda mən assosiasiyanın sədr müavini seçildim, sədrimiz Bəşir Quliyev “BUTA-GROUP”un təsisçisidir. Assosiasiyamızın əsas məqsədi bu sahədə çalışan sahibkarlara dəstək olmaq, Azərbaycanın ixrac potensialını genişləndirməklə “Made in Azerbaijan” brendini xaricdə tanıtdırmaq, istehsalçılara və ixracatçılara yeni bazar imkanlarını araşdırmaqda dəstək olmaq və mövcud problemlərin həllində köməklik etməkdir. Hazırda assosiasiyanın 40-a yaxın üzvü var, amma araşdırmalar göstərir ki, onların sayı 200-dən artıq ola bilər. Mən özüm bir sahibkar kimi 10 ilə yaxındır ki, Qusar rayonunda fəaliyyət göstərirəm, taxıl əkirik, fındıq bağlarımız var və son 4 ildə açıq sahədə tərəvəz yetişdiririk.

- Azərbaycanın meyvə-tərəvəzinə hansı ölkələr maraq göstərir, daha çox hansı məhsul ixrac olunur?

- Ənənəvi bazarımız Rusiya Federasiyasıdır. Bu ölkəyə həm meyvə, həm də tərəvəz ixrac edirik. Hazırda 400 hektarlıq yeni istixanalar tikilir, minlərlə hektarda yeni bağlar salınır, yeni sahələrdə tərəvəz əkilir. Bu o deməkdir ki, məhsulumuz artacaq, ixrac potensialımız güclənəcək. İstehsal edəcəyimiz məhsulu realizə etmək üçün biz yeni bazarlar axtarırıq, bunlar Avropa ölkələri, ərəb ölkələri, Belarus, Litva, Latviya, Estoniya və s. ölkələrdir. Bu ölkələrin əksəriyyəti bizim meyvə-tərəvəzin dadı və keyfiyyəti ilə tanışdı, amma yeni bazara girmək üçün bəzi məsələlər və problemlər var və biz AMTA olaraq bu problemlərin həlli üzərində çalışırıq. Yeni bazarlara çıxmaq üçün dövlətimiz bizə böyük dəstək göstərir. İqtisadiyyat Nazirliyi, AZPROMO yeni ölkələrlə əlaqələri yaratmaq və sərgilərdə iştirak etmək üçün sahibkarlara dəyərli köməklik edir.

Əsas ixrac etdiyimiz məhsul isə pomidordur. Demək olar ki, ölkədə yetişdirilən bütün növ meyvə və tərəvəz ixrac olunur: alma, gilas, gavalı, şaftalı, albalı, nektarin, naringi, kartof, soğan, sarımsaq və s. Ümumiyyətlə, Azərbaycanın ixrac potensialı çox yüksəkdir. Biz ənənəvi məhsullarla yanaşı, ənənəvi olmayan, lakin xaricdə böyük ehtiyac duyulan meyvə və tərəvəzi də yetişdirə bilərik. Biz bu məlumatları assosiasiyanın üzvlərinə çatdırırıq, öz məsləhətlərimizi veririk.

- Xarici ölkələrə edilən ixrac missiyalarının meyvə-tərəvəz ixracatına təsiri olubmu?

- Əlbəttə ki, olub. Biri var sahibkar özü yeni bazar imkanları axtarır, biri də var dövlətin dəstəyi ilə böyük nümayəndə heyəti hansısa bir ölkəyə gedir, görüşlər keçirir, öz məhsullarını B2B görüşlərində təklif edir. İxrac missiyaları zamanı biz həmin ölkələrdə fəaliyyət göstərən assosiasiyaların nümayəndələri ilə görüşürük, yeni əlaqələr yaradırıq, o ölkənin tələbatını, logistikasını öyrənirik. Bunlar hamısı ixrac üçün çox önəmli məsələlərdi, dövlətimizin dəstəyi və köməyi olmasaydı ixrac əməliyyatları belə qısa zamanda arta bilməzdi.

- Xaricdən Azərbaycana idxal olunan meyvə və tərəvəzlərə sizin assosiasiyanın münasibəti necədir?

- Mən şəxsən, özümüzün yerli meyvə və tərəvəzə üstünlük verirəm, amma elə meyvə və tərəvəz var ki, bizdə yetişmir. Məsələn banan, ananas, bəzi salatlar, əlbəttə onlar idxal olunmalıdırlar. Seçim nə qədər çox olsa bazar da bir o qədər inkişaf edər, rəqabət artar, məhsulun keyfiyyəti yüksələr, qiymətlər tənzimlənər. Ölkəmizə idxal olunan məhsullara fitosanitar nəzarəti çox ciddi aparılır və heç bir ziyan olan, xəstə olan məhsul ölkəmizə buraxılmır. Bizdən çox vaxt soruşurlar, ölkəyə yeni modifikasiya olunmuş məhsul idxal olunurmu? Biz bu və digər məsələlər ilə bağlı Azərbaycan Respublikasında Fitosanitar Nəzarəti Xidmətinin nümayəndələri ilə görüşmüşük, deyə bilərəm ki, ölkəmizə geni modifikasiya olunmuş heç bir məhsul idxal olunur.

- Assosiasiya dövlət orqanları ilə əməkdaşlıq istiqamətində nə kimi işlər görür?

- Biz dövlət orqanları olan İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Fitosanitar Nəzarəti Xidməti ilə sıx əməkdaşlıq edirik, onların dəstəyini və köməyini çox qiymətləndiririk. Ümumiyyətlə, biz sahibkarlar, sahibkarlığın inkişafında dövlətimizin dəstəyini çox dəyərləndiririk. Bu yaxınlarda assosiasiyamızla birgə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Gəncə və Bakı şəhərində iki iclası keçirildi. Yeni qanun və qaydalar istehsalçılara və ixracatçılara çatdırıldı. AMTA-nın rəhbərliyi və üzvləri dəfələrlə Gömrük Komitəsində görüşlər keçirib, mövcud olan məsələləri müzakirə etmişik və həlli yollarını tapmışıq. Kadr potensialını artırmaq məqsədilə Aqrar Akademiyanın tələbələri ilə maraqlı layihələrimiz olub və yaxşı nəticə əldə etmişik. Assosiasiyamızda biz daimi üzvlərimizə yeni qanunlarla bağlı, mühasibatlıqla bağlı, vergilərlə bağlı, qablaşdırma ilə bağlı, yeni satış imkanları ilə bağlı və s. məlumatları çatdırırıq. Bunlar da bizim assosiasiyamızın üzvlərinin inkişafını daha da sürətləndirir.

- Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi siz sahibkarlar üçün yeni imkanlar açırmı?

-Ümumiyyətlə, yeni yollar iqtisadi inkişaf üçün böyük imkanlar açır. Mən hesab edirəm ki, bu böyük layihə hər bir sahibkar üçün geniş imkanlar açacaq və Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirəcək.

-Sahibkar qadınlara dövlət dəstəyi sizi qane edirmi? Bir assosiasiya olaraq hansısa təkliflə çıxış edirsinizmi?

-Bilirsiniz ki, keçən il Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası təsis olundu. Məhz kiçik və orta sahibkarlıq üzrə Strateji Yol Xəritəsinin icrası çərçivəsində yaradılan assosiasiya qadın sahibkarlığının inkişafında, qadın sahibkarların fəaliyyətinin əlaqələndirilməsində və əməkdaşlığının genişləndirilməsində mühüm rol oynayacaq, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, ölkənin ixrac imkanlarının genişləndirilməsi, qadınların sahibkarlıq sahəsində fəallığının artırılması baxımından əhəmiyyətli olacaq. Bu da bir daha göstərir ki, biz sahibkarlar dövlət tərəfindən yüksək qiymətləndirilir və dəstəklənirik. Sahibkarlıq da bir elmdir və onu inkişaf etdirmək üçün ya kişi olsun, ya qadın o, ilk növbədə müvafiq biliyə malik olmalı və bu sahə ilə bağlı yenilikləri izləməlidir. Öz üzərində çox çalışmaq, peşəkar olmaq, seçdiyin sahəni sevmək lazımdır, onda inkişaf da olacaq, yaxşı gəlir də əldə olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI