Azərbaycanda erkən xəbərdarlıq sisteminin yaradılması üçün tədbirlər planı hazırlanır
AzerTAg.az

Bakı, 2 dekabr, AZƏRTAC
Ümumdünya Meteorologiya Təşkilatının yaydığı məlumata görə bütün ölkələr 2030-cu ilə qədər erkən xəbərdarlıq sistemini yaratmalıdırlar. Azərbaycanda da erkən xəbərdarlıq sisteminin yaradılması üçün tədbirlər planı hazırlanır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
“Təbii ki, istənilən təbii fəlakətin qarşısını almaq mümkün deyil. Əks halda, inkişaf etmiş ölkələrdə təbii fəlakətlər baş verməzdi. Lakin qabaqcadan dəqiq verilən proqnoz və xəbərdarlıq itkilərin azaldılmasına kömək edə bilər. Yəni, ziyanları bir qədər azalda bilərik”, - deyə U.Tağıyeva qeyd edib.
Xəbərin mətnində orfoqrafik səhv var