CƏMİYYƏT


Azərbaycanda ətraf mühitin qorunmasında xidmətlərinə görə bir qrup şəxs təltif edilib

Bakı, 22 may, AZƏRTAC 

Prezident İlham Əliyevin mayın 22-də “Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən iki nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 17 nəfər “Tərəqqi” medalı ilə təltif olunub.

Ölkə başçısının bu gün imzaladığı digər Sərəncama əsasən isə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki işçisinə “Əməkdar mühəndis” fəxri adı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.