İQTİSADİYYAT


Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq

 

Bakı, 6 dekabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən dekabrın 24-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, Qazax rayonunda yerləşən “Həcərliqaya” və “Daş Salahlı” əhəngdaşı yatağının müvafiq olaraq 1,85 hektar və 8,5 hektar sahəsi, Abşeronda olan “Qırməki II” və “Zəyərdağ” kvars qumu yatağının müvafiq olaraq 2 hektar və 6 hektar sahəsi, Qaradağ rayonunda yerləşən “Gülbaxt” və “Şahqaya” əhəngdaşı yatağının müvafiq olaraq 5,5 hektar və 2,5 hektar sahəsi hərraca çıxarılacaq.

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri dekabrın 17-i saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Hərrac elanı ilə Xidmətin rəsmi saytında (https://bit.ly/310obb9) və Özəlləşdirmə portalında (https://bit.ly/3nOOycE) tanış olmaq olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.