İQTİSADİYYAT
Azərbaycanda fəaliyyət göstərən 32 bankın cəmi aktivləri 30,779.2 milyon manat olub
Bakı, 2 iyun, AZƏRTAC
Aprelin 30-na Azərbaycanda fəaliyyət göstərən 32 bankın cəmi aktivləri 30,779.2 milyon manat, cəmi öhdəlikləri 28,031.6 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sektorun balans kapitalı 2,747.6 milyon manatdır. Əhalinin əmanətləri 6,847.5 milyon manat həcmindədir.
Bankların filiallarının sayı 560, şöbələrinin sayı 140, POS-terminalların sayı 2,493-dür. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,214 nəfər təşkil edir.
Aprelin 30-na olan əsas göstəricilər bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]