İQTİSADİYYAT


Azərbaycanda fəaliyyət göstərən 44 bankdan 36-sı mənfəətlə işləyib

Bakı, 6 sentyabr (AZƏRTAC). Avqust ayının 1-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 44 bankdan 36-sı mənfəətlə, 8-i zərərlə işləyib.

Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, 2014-cü ilin yanvar-iyul ayları ərzində mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi xalis mənfəəti 292.82 milyon manat, zərərlə işləyən banklar üzə bank sektorunun xalis zərəri isə 38.45 milyon manat təşkil edib. Nəticədə bank sisteminin yekun xalis mənfəəti 254.37 milyon manat təşkil edib, bu da 2013-cü ilin iyul ayı ilə müqayisədə 49,71 milyon manat və ya təxminən 24,2 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.