İQTİSADİYYAT
Azərbaycanda fəaliyyət göstərən banklar mükafatlandırılıb
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) onlayn formatda keçirilən ümumi yığıncağında qurumun təşkilatçılığı ilə “Bankçılıq mükafatları-2019-2020” adlı tədbir də təşkil edilib.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, qurumun nəzdində fəaliyyət göstərən ekspert qruplarının rəhbərləri və ekspertlər iştirak ediblər. Mükafatlandırma mərasimində qeyd edilib ki, 2019-2020-ci illərdə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlığının dəstəklənməsi tədbirləri reallaşdırılıb. Həmçinin ABA-ya üzv banklar tərəfindən hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş mülki vətəndaşlarımızın dəstəklənməsi istiqamətində çoxsaylı işlər görülüb və tədbirlər həyata keçirilib. ABA bütün bu istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə ən fəal bankları seçib.
Belə ki, 2020-ci il üçün “Korporativ sosial məsuliyyət” nominasiyası üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Expressbank” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC, “Unibank” KB ASC, “Yelo Bank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Ziraat Bank Azərbaycan” ASC mükafatlandırılıb. “Ən fəal maliyyə savadlığı dəstəkçisi” nominasiyası üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank of Baku” ASC, “Kapital Bank” ASC mükafata layiq görülüb. “Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Expressbank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “Unibank” KB ASC, “Yelo Bank” ASC təltif edilib. “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü” nominasiyası üzrə “Azər Türk Bank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC təltif olunub. “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” nominasiyası üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC , “Bank of Baku” ASC, “Expressbank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC mükafatlandırılıb. “Elektron bankçılıq” nominasiyası üzrə “Azər Türk Bank”ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank”ASC, “Unibank” KB ASC mükafata layiq görülüb. “Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank ekspertləri” nominasiyası üzrə ABA-nın eksperti Elman Sadıqov təltif edilib.
Son olaraq, 2020-ci il üçün “Ən fəal ekspert qrupu” nominasiyası üzrə:
- “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə” ekspert qrupu 1-ci yer;
- “Hüquqi məsələlər üzrə” ekspert qrupu 2-ci yer;
- “Risklərin idarə edilməsi üzrə” ekspert qrupu isə 3-cü yerə layiq görülüb.
Həmçinin “Fəal ekspert qrupu” nominasiyası üzrə “Kredit işi üzrə” və “İnsan resurslarının idarə edilməsi üzrə” ekspert qrupları mükafatlandırılıb.
2019-cu il üçün isə “Korporativ sosial məsuliyyət” nominasiyası üzrə “AFB Bank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank BTB” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Expressbank” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “Unibank” KB ASC, “Yelo Bank” ASC mükafata layiq görülüb. “Ən fəal maliyyə savadlığı dəstəkçisi” nominasiyası üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank Respublika” ASC, “Expressbank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC təltif edilib. “Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə isə “Azər Türk Bank” ASC, “Bank of Baku” ASC, , “Bank Respublika” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC mükafatlandırılıb. “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü” nominasiyası üzrə “AccessBank” QSC, “Bank Respublika” ASC, “Ziraat Bank Azərbaycan” ASC təltif olunub. “Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi” nominasiyası üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nümayəndəsi Əli Dadaşzadə mükafata layiq görülüb. “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” nominasiyası üzrə “Bank Respublika” ASC təltif edilib.
Daha sonra ABA-nın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edən, assosiasiyanın nəzdində çalışan ekspert qruplarının il ərzindəki fəaliyyətlərinin qiymətləndirilməsinin nəticələri açıqlanıb, ekspert qruplarının hər birinin çox yüksək səviyyədə və peşəkarlıqla fəaliyyət göstərdiyi, bank sektoruna aid ümumi məsələlərin həllinə əhəmiyyətli töhfələr verdiyi vurğulanıb.
Beləliklə, 2019-cu il üçün “Ən fəal ekspert qrupu” nominasiyası üzrə, “Hüquqi məsələlər üzrə” ekspert qrupu, “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə“ ekspert qrupu, “Komplayns üzrə” ekspert qrupu mükafata layiq görülüb.