CƏMİYYƏT


Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri İkinci Fəxri xiyabanı ziyarət ediblər

Bakı, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və Azərbaycanda fəaliyyət göstərən pravoslav, katolik, yəhudi dini konfessiyalarının rəhbərləri Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət ediblər.

İdarənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, Silahlı Qüvvələrimizin şəhid zabit və əsgərlərinin xatirəsi dini konfessiya rəhbərləri tərəfindən ehtiramla yad edilib. Onların şərəfinə “Qurani-Kərim” tilavət edilib, ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb.

Tədbirdə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələrindən Dağ yəhudiləri dini icmasının rəhbəri Melih Yevdayev, Roma Katolik kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi protoierey Konstantin Pominov və başqaları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.