SİYASƏT


Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərlərinin Şəki və Zaqatala rayonlarına səfərləri təşkil olunub

Bakı, 27 iyun, AZƏRTAC

İyunun 27-28-də Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin regionlarının inkişafı və bu xüsusda, bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə tanış olmaq məqsədilə Azərbaycanda fəaliyyət göstərən 50-dən çox diplomatik nümayəndəliyin rəhbərləri və onların xanımlarının Şəki və Zaqatala rayonlarına tanışlıq səfərləri həyata keçirilir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində xarici diplomatlar Şəki rayonunda “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq qoruğu, Xan Sarayı, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, Yuxarı Karvansaray, “Şəki Şərab” Azərbaycan Sənaye Korporasiyası və Kiş kəndində qədim Alban məbədi ilə tanış olacaqlar.

Diplomatların, eyni zamanda, Zaqatala rayonunda “Heydər Əliyev Mərkəzi”, Tarix-Mədəniyyət qoruğu, Heydər Parkı, Dədə Qorqud Meydanı, Alban kilsəsi, Tarix-Diyarşünaslıq Muzeyi, eləcə də Fındıq emalı zavodu, “Azroze MMC” və “Azərtütün” MMC ilə tanışlığı nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.