Azərbaycanda gənclər siyasəti sağlam və vətənpərvər nəslin formalaşmasına yönəldilib
AzerTAg.az

Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycanda gənclər siyasətinin mənəvi və ideoloji əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Biz bu əsasların nə qədər möhkəm olduğunu 44 günlük Vətən müharibəsində əyani şəkildə gördük.
AZƏRTAC xəbər verir ki, bu fikirləri gənclər və idman nazirinin müavini Fərhad Hacıyev fevralın 2-də Gənclər Günü münasibətilə “Heydər Əliyev - müasir Azərbaycan gənclər siyasətinin banisi” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Ölkəmizdə gənclər siyasətinin sağlam və vətənpərvər nəslin formalaşmasına yönəldildiyini diqqətə çatdıran Fərhad Hacıyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər daim diqqətdə saxlanılır. Dövlətimizin başçısı bu sahədə infrastrukturun möhkəmləndirilməsinə önəm verir. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və gənclərlə bağlı digər təsisatların yaradılması bu sahədə görülən işlərin bariz nümunəsidir.
Nazir müavini, həmçinin Gənclər və İdman Nazirliyinin gənclər siyasəti istiqamətində mühüm layihələr həyata keçirdiyini diqqətə çatdırıb.
Xəbərin mətnində orfoqrafik səhv var