CƏMİYYƏT


Azərbaycanda gənclərlə işləyən təlimçilər üçün təlim keçiriləcək

Bakı, 7 oktyabr, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin və Avropa Şurasının Gənclər Departamentinin birgə təşkilatçılığı, Gənclər Fondunun və Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurasının (ARGTMŞ) tərəfdaşlığı ilə Azərbaycanda gənclərlə işləyən təlimçilər üçün təlim (TRAYAZE) keçiriləcək.

ARGTMŞ-dan AZƏRTAC-a bildirilib ki, təlimin məqsədi Azərbaycanda gənclərlə iş sahəsində keyfiyyətli təlimlərin keçirilməsi üçün təlimçilərin bilik və bacarıqlarını inkişaf etdirmək, o cümlədən gənclərlə işləyən təlimçilər şəbəkəsinin üzvlərinin sayını artırmaqdır.

TRAYAZE qeyri-formal təhsil fəaliyyətlərinə dair təlimçilər və gənclər işçiləri üçün uzunmüddətli təlim kursudur və 2022-ci ilin noyabrından 2023-cü ilin dekabrınadək davam edəcək.

Təlimdə iştirak etmək istəyən namizədlər oktyabrın 21-dək Avropa Şurasının Gənclər Departamentinin linkindən (http://youthapplications.coe.int/Application-forms) qeydiyyatdan keçə və onlayn ərizə formasını doldurmaqla müraciət edə bilərlər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.