REGİONLAR


Azərbaycanda geniş dünyagörüşünə malik, Vətənini sevən sağlam nəsil yetişməkdədir

Ağdam, 31 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC 

Həyata keçirilən dövlət-gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda hərtərəfli biliyə, geniş dünyagörüşünə malik, millətini, Vətənini sevən sağlam nəsil yetişməkdədir. Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində fəal iştirak edir, respublikamızın inkişafına mühüm rol oynayırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir 2 fevral – Gənclər Günü münasibətilə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən tədbirdə səsləndirilib. Ağdamlı gənclər əvvəlcə qəsəbədə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Baxşeyiş Hətəmli və başqaları çıxış edərək, gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Azərbaycan dövlətçiliyinin inkişafı və qorunması üçün Vətənə layiqli vətəndaş olmağı arzulayıblar.

Çıxışlarda ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətindən, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, onların elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilməsindən, gənclər və idman sahəsində əldə edilən nailiyyətlərdən bəhs olunub.

Sonda bir qrup fəal gəncə fəxri fərman və Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.